<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>470</hymn_number>
<lyrics>[V1]
 Kəlamındır bizə yol göstərən,
 Ruhundur bizi tərbiyə edən.
 Mərhəmətindir əfv edən,
 Məhəbbətindir həyat verən.

[C1]
   Çarmıxda çəkdin əzabları,
   Dünya üçün tökdün Qanını.
   Bizi günahdan azad edib,
   «Övladım» deməkdən utanmadın.

[V2]
 Varmı aramızda elə insan,
 Dostları uğrunda getsin qurban?
 Varmı aramızda elə insan,
 Oğlunu günahkarçün etsin qurban?

[V3]
 Düşməsin əlimizdən həyat Sözü,
 Müqəddəs yaşayaq hər günü.
 Ürəkdən sevək insanları,
 Xilas olmağa çağıraq onları.</lyrics>
<title>Kəlamındır bizə yol göstərən İL470</title>
</song>